"Toyota" sərt qənaət rejiminə keçib

"Toyota" sərt qənaət rejiminə keçib
# 08 iyul 2016 14:06 (UTC +04:00)

Bakı - APA-Economics. "Toyota" Yaponiyanın paytaxtı Tokioda yerləşən baş ofisində 8 liftdən 2-nin fəaliyyətini dayandırıb.


"APA-Economics" BBC-yə istinadən xəbər verir ki, konsern həmçinin baş ofisdəki bütün kondisionerləri qənaət rejiminə keçirib.

Bu üsulla şirkət hansı məbləğə qənaət etmək niyyətində olduğunu açıqlamayıb. Lakin bildirilir ki, sərt qənaət rejiminin tətbiqinə səbəb iqtisadiyyatın zəifləməsi və milli valyuta olan yenin möhkəmlənməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR