Azərbaycanın Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları bir ildə 1% azalıb

Azərbaycanın Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları bir ildə 1% azalıb
# 18 dekabr 2014 08:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 121 mln. 874,84 min manat təşkil edib.

DGK-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,16% azdır. Oktyabr ayı ilə müqayisədə isə büdcə daxilolmaları 0,03% azdır.

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 5 mln. 706,87 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 110 mln. 470,55 min. manat, aksizlər üzrə 4 mln. 344,17 min manat, yol vergisi üzrə isə 1 mln. 1 353,25 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR