Mazandaranda fəaliyyət göstərən boru və profil zavodu Azərbaycana tərəfdaş axtarır

Mazandaranda fəaliyyət göstərən boru və profil zavodu Azərbaycana tərəfdaş axtarır
# 13 aprel 2015 07:37 (UTC +04:00)

Mazandaran. Elvin Bayramlı-APA. İranın Mazandaran əyalətində fəaliyyət göstərən “Cuybar” boru və profil zavodu 2015-ci ildə Azərbaycan bazarına daxil olmaq üçün özünə tərəfdaş axtarır. APA-nın məlumatına görə, bunu zavodun direktoru Yarəli Rzaian Cuybar şəhərində səfərdə olan azərbaycanlı jurnalistlərə söyləyib.

Y. Rzaianın sözlərinə görə, zavod rəhbərliyi Azərbaycandakı vəziyyəti öyrənir. Onlar zavodda istehsal olunan məhsulları Azərbaycanda keçiriləcək inşaat materialları sərgisində nümayiş etdirmək istəyirlər.

Y. Rzaian bildirib ki, zavodun məhsulları əsasən, İraq, Əfqanıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Gürcüstana ixrac olunur.

Azərbaycanlı jurnalistlər Cuybar şəhərində kisə istehsalı edən "Keşavərz" şirkətində də olublar. Bu şirkət ötən il Azərbaycana 100 ton kisə ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR