Kürəkənini öldürən qayınataya hökm oxunub

Kürəkənini öldürən qayınataya hökm oxunub
# 11 dekabr 2014 12:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini öldürməkdə təqsirli bilinən Elçin Lazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E.Lazımov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Lazımov münaqişə zəminində kürəkəni Rəvan Əliyevi bıçaqlayaraq qətlə yetirib. E.Lazımov “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR