Milli Şura mitinq keçirməyəcək

 Milli Şura mitinq keçirməyəcək
# 30 aprel 2015 13:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mayın 2-də mitinq keçirmək barədə təklifini qəbul etməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, Milli Şura rəhbərliyi müzakirələrdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin mayın 2-də keçirilməsi ilə bağlı təklifini məqbul saymayıb.

Qeyd edək ki, BŞİH Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə razılıq verməyib. Əvəzində mitinqin mayın 2-də keçirilməsi təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR