Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 29 aprel 2015 06:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR