Taner Yıldız: “Türkiyə İrandan təbii qaz idxalını davam etdirəcək”

Taner Yıldız: “Türkiyə İrandan təbii qaz idxalını davam etdirəcək”
# 30 aprel 2013 12:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Türkiyə İrandan təbii qaz idxalını davam etdirəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, heç bir ölkə İranın yerini doldurmayacaq.

Qeyd edək ki, “Anadolu” xəbər agentliyi ABŞ nümayəndə heyətinin Türkiyədən enerji alqı-satqısını azaltmağı tələb etdiyini yazıb. Belə ki, ABŞ Nümayəndələr Palatasının üzvü Edval Fild T.Yıldızla görüşündə ölkəsində təbii qazın miqdarının çox olduğunu və rəsmi Ankaranın da Vaşinqtondan “mavi yanacaq” almasının mümkün olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR