ATƏT PA-nın xüsusi nümayəndəsi tezliklə Dağlıq Qarabağa getmək istəyir

ATƏT PA-nın xüsusi nümayəndəsi tezliklə Dağlıq Qarabağa getmək istəyir
# 05 iyul 2016 16:16 (UTC +04:00)

Tbilisi. Nizami Məmmədzadə - APA. "Dağlıq Qarabağa nə vaxt getmək imkanımın olacağını deyə bilmərəm. Lakin Qarabağa getmək istərdim".

Bunu APA-nın Gürcüstan müxbirinə açıqlamasında ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, bolqarıstanlı deputat Kristian Vigenin Dağlıq Qarabağa səfərinin nəzərdə tutulub-tutulmaması barədə suala cavabında deyib.

"Müəyyən şərtlərə əmək etməklə və təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində düşünürəm ki, bunu tezliklə edə bilərik", - deyə o qeyd edib.

K. Vigenin erməni tərəfinin Türkiyəyə qarşı soyqırımı iddialarına da münasibət bildirib.

"Onu deyə bilərəm ki, bu kimi hadisələrin bir daha təkrarlanmamasını istəyirəm. Tarixçilər, araşdırmaçılar bütün bunları diqqətlə öyrənməlidirlər. Deyirlər ki, biz tariximizi nə qədər öyrənir və xatırlayırıqsa, o zaman tarixdə baş vermiş səhvləri təkrarlamırıq. Ona görə bütün bunları öyrənmək lazımdır", - deyə o vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR