Venesuela prezidenti Qərb ölkələrindən Rusiyaya qarşı sanksiyaları dayandırmağı tələb edib

Venesuela prezidenti Qərb ölkələrindən Rusiyaya qarşı sanksiyaları dayandırmağı tələb edib
# 02 sentyabr 2014 09:18 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Venesuela prezidenti Nikolas Maduro Qərb ölkələrindən Rusiyaya qarşı sanksiyaları dayandırmağı tələb edib.

APA – nın İTAR TASS-a istinadən verdiyi məlumata görə, N. Maduro ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pisləyib.

“Biz Rusiyaya qarşı təhdidləri yaxından izləyirik. Bizim Rusiyaya qarşı irəli sürülən ittihamları rədd etmək, müharibə üçün bəhanələrin axtarılmasının dayandırılmasını tələb etmək hüququmuz var”, - deyə o qeyd edib.

Venesuela prezidenti həmçinin Qərbin Rusiyaya qarşı siyasətini təcavüzkar adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR