Sami Yusif Bakıda keçirəcəyi konsertlə bağlı mətbuat konfransı keçirib - FOTO

Sami Yusif Bakıda keçirəcəyi konsertlə bağlı mətbuat konfransı keçirib - <span style="color: red;">FOTO
# 11 mart 2015 13:34 (UTC +04:00)

APA-nın məlumatına görə, müğənni bildirib ki, martın 14-15-də baş tutacaq konsert proqramına hazırlaşmaq üçün bir neçə gün əvvəl Bakıya gəlib: “Bakıda konsert proqramı ilə çıxış etməkdən çox məmnunam. Doqquz il əvvəl Bakıda olmuşdum, mənim mahnılarımı sevən dinləyicilərlə görüşüb, onların qarşısında oxumuşdum. Yenidən Bakıdakı pərəstişkarlarımla görüşmək mənim üçün xoşdur. İnanıram ki, dinləyicilər konsert proqramından məmnun ayrılacaqlar”.

S. Yusif əlavə edib ki, konsert proqramında “Sarı gəlin” mahnısı da daxil olmaqla 19 mahnı ifa edəcək: “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları mənim uşaqlığımın mahnılarıdır və bu iki xalq mahnısını çox sevirəm. Azərbaycan musiqisi, Azərbaycan müğənnilərinin repertuarı mənim üçün əzizdir. Şövkət Ələkbərova, Rəşid Behbudov kimi sənətkarların mahnılarına hər zaman qulaq asmışam və sevmişəm”.

S. Yusif qeyd edib ki, təklif olarsa, gələcəkdə azərbaycanlı müğənnilərlə ortaq layihə həyata keçirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR