"Mənim mətbuat katibim" sorğusunun qalibləri mükafatlandırılıb

"Mənim mətbuat katibim" sorğusunun qalibləri mükafatlandırılıb
# 17 iyul 2015 08:25 (UTC +04:00)

Bakı. Esmira Əliyeva – APA. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi, "Binəqədinin dostları" mətbuat klubunun təşkilatçılığı ilə “Mənim mətbuat katibim” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə nazirlik və digər dövlət qurumlarının mətbuat katibləri, jurnalistlər iştirak edib.

Mərasimdə Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyindən danışılıb, mətbuatın keçdiyi yola nəzər salınıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və başqaları milli mətbuatımızın yaranmasının 140 illik yubileyinin ölkə başçısının Sərəncamına əsasən silsilə tədbirlərlə qeyd olunduğunu bildiriblər.

“Mənim mətbuat katibim” layihəsinin rəhbəri Gülşanə Mustafayeva mərasimdə jurnalistlər arasında sosial sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən qalib olan mətbuat katiblərinə mükafatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR