Horadizdə tövlə yanıb, 1 nəfər xəsarət alıb, mal və ev quşları tələf olub

Horadizdə tövlə yanıb, 1 nəfər xəsarət alıb, mal və ev quşları tələf olub
# 03 iyul 2016 08:12 (UTC +04:00)

Bakı-APA. Bu gecə Füzuli rayonu, Horadiz qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan taxta konstruksiyadan ibarət tövlənin dam örtüyü 80 kv.m sahədə və içərisinə yığılmış 1,5 ton ot bağlamasının 0,5 tonu yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu və ev quşları yanaraq tələf olub.

Hadisə nəticəsində 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR