DSMF-nin sədri İmişlidə vətəndaşları qəbul edəcək

DSMF-nin sədri İmişlidə vətəndaşları qəbul edəcək
# 11 mart 2015 07:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 18-də saat 11:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumatına görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar fondun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

İmişli rayon şöbəsində (02124) 6-36-68

Saatlı rayon şöbəsində (02128) 5-27-02

Sabirabad rayon şöbəsində (02123) 5-50-56

Cəbrayıl rayon şöbəsində (02638) 4-62-02

Beyləqan rayon şöbəsində (02122) 5-29-63

Xocavənd rayon şöbəsində (02122) 3-52-17

Füzuli rayon şöbəsində (02631) 5-54-06

Qəbulda iştirak edəcək vətəndaşların martın 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR