Bank Of Baku

Binəqədidə “Milli dirçəlişin təməl tarixi” adlı tədbir keçirilib

Binəqədidə “Milli dirçəlişin təməl tarixi” adlı tədbir keçirilib
# 14 iyul 2018 13:34 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr edilmiş “Milli dirçəlişin təməl tarixi” adlı tədbir keçirilib.

 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, Millət Vəkilləri Fəzail İbrahimli, Kamaləddin Qafarov və Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri  Səqadət Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin və Prezidentin İşlər İdarəsinin və Siyasi sənədlər Arxivinin məsul əməkdaşları Səhiyyə, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, YAP Binəqədi Rayon Təşkilatının gəncləri iştirak ediblər.

 

E. Ələkbərova 1969 - 1982-ci illərdə Bakı şəhərinin mənzil fondunun artırılması baxımından müstəsna əhəmiyyət daşıyan Əhmədli, Günəşli, Yeni Əhmədli və Yeni Günəşli qəsəbələri, yeni-yeni mikrorayonlar,yaşayış massivləri salındığını, 1970-1979-cu illərdə Bakıda 10 metrostansiya inşa edildiyini, ötən əsrin 70-80-ci illərində Bakı Neftayırma zavodunun köklü sürətdə yenidən qurudluğunu bildirib.

 

F. İbrahimli isə Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi sayəsində Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdığını, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edə bilən kompleks inkişaf proqramları hazırladığını vurğulayıb.

 

Öz növbəsində  S. Vəliyeva qeyd edib ki, ilk addımlarından böyük xalq rəğbəti ilə qarşılanan görkəmli dövlət adamı Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək, Azərbaycanın tərəqqi yoluna çıxarılması siyasətini özünəməxsus müdrikliklə mühüm islahatlar həyata keçirib.

 

Milli Məclisin deputatı Pərvin Kərimzadə Heydər Əliyevin bütün təzyiq və təhdidlərə, təhlükələrə sinə gələrək 1990-ci ilin iyul ayında Azərbaycan  torpağına, dünyaya göz açdığı qədim Naxçıvana qayıtdığı illərdən bəhs edib, xalqın onu öz övladı, xilaskarı kimi qəbul etdiyini bildirib, deputat K. Qafarov isə H. Əliyevin ağrılı illərdə Azərbaycanın Müstəqilliyinin daimiliyi, əbədiliyi haqda çox düşündüyünü, Naxçıvanda eyni əqidəli insanların onun ətrafında sıx birləşdiyindən danışıb.

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı  Elxan Allahverdiyev isə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə çətin və mürəkkəb bir şəraitdə, respublikada sosial-iqtisadi həyatın tənəzzül dövründə gəldiyini qeyd edib. O, ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən H. Əliyevin qarşısında həmin dövrə qədər sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələrin həlli dayandığını bildirib. E. Allahverdiyev inkişafın Azərbaycan modelini seçən ölkəmizin Heydər Əliyev yolu ilə 15 ildir tərəqqiyə doğru addımladığını, ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin, idman yarışlarının, mahnı müsabiqələrinin keçirilməsinə rəhbərlik etdiyini, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bizlərə yeni-yeni qələbə sevincləri yaşatdığını bildirib.

 

Sonra Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR