Ağ Ev: İranın nüvə proqramı üzrə danışıqlar aprelin 1-də davam edə bilər

Ağ Ev: İranın nüvə proqramı üzrə danışıqlar aprelin 1-də davam edə bilər
# 31 mart 2015 19:55 (UTC +04:00)

Bakı-APA. İranın nüvə proqramı üzrə danışıqlar aprelin 1-də davam edə bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

“Ehtiyac olduğu halda danışıqlar sabah davam edəcək”, deyə C.Ernest bildirib. Bununla yanaşı, Ağ Ev rəsmisi qeyd edib ki, razılıq əldə edilməsə ABŞ və beynəlxalq aləm digər alternativlər axtarmalı olacaqlar.

Qeyd edək ki, ötən həftənin sonundan İsveçrədə altılıq ölkələri (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, Çin) xarici işlər nazirlərinin iştirakı ilə İranın nüvə proqramı üzrə həlledici adlanan danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR