Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 15 aprel 2015 23:04 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, həmin qarşılaşmalardan sonra bu etapda ilk matçlara yekun vurulub.

Maraqlıdır ki, hər iki görüşdə eyni hesab qeydə alınıb. İddialı "Barselona” səfərdə PSJ-nin qonağı olub. Cari mövsümdə turnirin qrup mərhələsində üz-üzə gələn tərəflərin qarşılaşmasında Kataloniya təmsilçisi qalib gəlib və bununla da, cavab oyunu öncəsi böyük üstünlük qazanıb.

Paralel olaraq digər matçda builki mövsümün məğlubiyyətsiz komandası “Porto” seriyanı davam etdirib. Görüşə bir neçə əsas oyunçusuz çıxan "Bavariya” rəqibin hücumları qarşısında aciz qalıb. İndi münhenlilər Almaniyada ilk görüşdəki nəticənin revanşını almağa çalışacaq.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

15 aprel

PSJ – “Barselona” - 1:3

Qollar: van der Vil, 82 ; - Neymar, 19 ; Suares, 67 ; 79.

“Porto” – “Bavariya”- 3:1

Qollar: Quareşma, 3 (pen.) ; 10 ; Martinez, 65 ; - Tyaqo Alkantara, 28.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR