"Azəravtoyol" işçilərinə 2,6 mln. manatlıq borcunu ödəyib

"Azəravtoyol" işçilərinə 2,6 mln. manatlıq borcunu ödəyib
# 30 iyun 2016 10:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ildə "Azəravtoyol" ASC-nin işçilərin orta sayı 10 925 nəfər, əmək haqqı fondu 34 mln. 46 min 574,1 manat olub.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin açıqladığı maliyyə hesabatında qeyd edilib.

İşçilərin əmək haqından 4 mln. 239 min 95,62 manat gəlir vergisi tutulub və büdcəyə ödənilib. Bundan başqa, işçilərin əmək haqından 8 mln. 760 min 735,88 manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalar hesablanıb və qurumun hesabına 8 mln. 326 min 836,1 manat köçürülüb.

Həmçinin ilin sonuna işçilərə 2 mln. 581 min 360,27 manat əmək haqqı üzrə borc qalıb. İşçilərin əməyinin ödənişi ştat cədvəlinə əsasən hesablanıb, kart vasitəsilə ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR