Məhkum Müalicə Müəssisəsində ölüb

Məhkum Müalicə Müəssisəsində ölüb
# 02 iyul 2016 09:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda məhkum ölümü baş verib.

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə olunan, 1968-ci il təvəllüdlü Rövşən Əlibala oğlu Yəhyayev vəfat edib.

Qeyd edək ki, Gəncə şəhər sakini Rövşən Yəhyayev bir neçə il əvvəl Samux rayon sakini Əli Rizvanovu bıçaqlamaqda təqsirləndirilərək azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR