Tovuzda evdə yanğın baş verib

Tovuzda evdə yanğın baş verib
# 05 sentyabr 2014 07:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Tovuz rayonunda yaşayış evi yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonunun Köhnəqala kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və evə yaxın tikilmiş ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 140 kv.m (ümumi 340 kv.m) sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik ümumi sahəsi 140 kv.m olan talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR