Beyləqanda qaz borusuna çırpılan “Mercedes”də 5 yaşlı uşaq ölüb, maşın yanıb - YENİLƏNİB

Beyləqanda qaz borusuna çırpılan “Mercedes”də 5 yaşlı uşaq ölüb, maşın yanıb - <span style="color: red;">YENİLƏNİB
# 03 iyul 2016 11:37 (UTC +04:00)

Beyləqan. Ziya Əmirxanlı-APA. Beyləqanda qaz borusuna çırpılan avtomobildə olan 5 yaşlı uşaq ölüb, maşın isə yanıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.

Beyləqan rayon polis Şöbəsindən APA-ya verilən xəbərə görə, 45 yaşlı Yaşar Novruzovun idarə etdiyi “Mercedes” markalı avtomobilin idarəetməni itirərək yolun kənarından keçən qaz borusuna çırpılıb. Çırpılma nəticəsində 2011-ci il təvəllüdlü Zaur Nurlan oğlun Novruzov aldığı bədən xəsarətindən elə həmin an həyatını itirib. Maşında olan sürücü və digər sərnişinlər, Z. Novruzovun valideynləri uşaqlarının meyitini maşından uzaqlaşdırdıqdan sonra borudan qaz sızması nəticəsində partlayış baş verib, yanğın olub. Yanğın nəticəsində avtomobil yanaraq yararsız hala düşüb.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.

***

saat 04.59

Bakı-APA. Beyləqan rayonu, Dünyamalılar kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarından keçən qaz borusuna çırpılaraq yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Ərazidəki ağaclar yanğından mühafizə olunub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR