Gürcüstanın baş naziri Azərbaycan prezidentinə başsağlığı verib

 Gürcüstanın baş naziri Azərbaycan prezidentinə başsağlığı verib
# 23 may 2015 11:37 (UTC +04:00)

APA-nın məlumatına görə, məktubda deyilir: "Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində çoxsaylı insanın, o cümlədən uşaqların tələf olması və onlarla adamın xəsarət alması barədə xəbər məni dərindən sarsıtdı.

Kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu bildirirəm".

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR