"Azərpoçt" Litva poçtu ilə “STEFI”sistemi üzrə pulköçürmə xidmətinin göstərilməsini sınaqdan keçirir

"Azərpoçt" Litva poçtu ilə “STEFI”sistemi üzrə pulköçürmə xidmətinin göstərilməsini sınaqdan keçirir
# 19 avqust 2015 07:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanın poçt operatoru "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Litva poçtu ilə “STEFI” (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə pulköçürmə xidmətinin göstərilməsini sınaqdan keçirir.

"Azərpoçt"dan “APA-Economics”ə verilən məlumata görə, sistem tez bir zamanda istismara veriləcək. “STEFI” sisteminin tətbiqi Azərbaycan poçt operatoruna Litvaya 30 dəqiqə ərzində təcili pulköçürmə həyata keçirməyə imkan yaradacaq. “STEFI” beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir.

Qeyd edək ki, "Azərpoçt" MMC hazırda “STEFI” sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pulköçürmələri təklif edir. Xidmət Qırğızıstan və Tacikistan üzrə də tətbiq ediləcək. Azərbaycan poçtu üçün əsas üstünlük “STEFI” üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR