Avropa Liqası: “Tiraspol” (Moldova) – “İnter” (Azərbaycan) - 2:3 - VİDEO

Avropa Liqası: “Tiraspol” (Moldova) – “İnter” (Azərbaycan) - 2:3 - <span style="color: red;">VİDEO
# 03 iyul 2014 22:13 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, ölkəmizi bu turnirdə təmsil edən klublardan daha biri - "İnter" də ilk sınağına çıxıb.



Paytaxt klubu Moldovada "Tiraspol"la qarşılaşıb. Cütün taleyini Bakıdakı cavab matçında həll etmək üçün "bankirlər"ə səfərdən sərfəli nəticə ilə qayıtmaq lazım idi. Kaxaber Sxadadzenin komandası bu istəyinə nail olub. Baxmayaraq ki, 3 cavabsız qol vurduqdan sonra arxayınlığa yol verən təmsilçimiz vətənə darmadağınla yox, minimal hesablı üstünlüklə dönməli olub. İstənilən halda, "bankirlər" doğma meydanda cütün taleyini həll edə bilərlər.



Qeyd edək ki, "İnter" "Tiraspol"la cavab matçına bir həftə sonra - iyulun 10-da Bakıda çıxacaq.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar
3 iyul


“Tiraspol” (Moldova) – “İnter” (Azərbaycan) - 2:3
Qollar: Andrey Novikov, 78; Georgi Karaneyçev, 88 - Baçana Sxadadze, 8 (pen); Elvin Məmmədov, 10; Andrey Novikov, 71 (öz qapısına)
Baş hakim: Ante Vuçemiloviç (Xorvatiya)


Tiraspol. “Şerif” İdman Kompleksinin kiçik arenası

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR