Bakı-Sumqayıt şosesində piyada keçidinin tikintisi sıxlığa səbəb olub

Bakı-Sumqayıt şosesində piyada keçidinin tikintisi sıxlığa səbəb olub
# 01 oktyabr 2015 10:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) piyada keçidinin tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, tikinti işlərini aparan piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq. Tikinti işləri 2 ay davam edəcək.

Sürücülərə alternativ olaraq Binəqədi şosesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR