Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var - FOTOSESSİYA - VİDEO

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2015 11:11 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, sentyabrın 30-da günorta saatlarında Şəhidlər Xiyabanında Lənkəran şəhər sakini Ruslan Həsənovun idarə etdiyi “VAZ-21099” markalı, 10 CE 055 dövlət nömrə nişanlı minik avtomobili sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2107” markalı, 10 EO 036 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-21099”-un sürücüsü Ruslan Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR