İqtisadiyyat və sənaye naziri Qəbələdə vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Qəbələdə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 26 sentyabr 2014 12:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Qəbələdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə vətəndaşların növbəti qəbulu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilmiş qəbulda Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayonlarından olan yerli sakinlərin və bu rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Ş. Mustafayev qəbula gəlmiş vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, artezian quyusunun qazılması, yaşayış məntəqəsinin qazlaşdırılması, sosial və s. məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyib, bir sıra məsələlər yerindəcə həllini tapıb, araşdırma tələb olunan məsələlərin operativ həlli üçün nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib. İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda olan sahibkarlarla müzakirələr aparılıb, onların iri fermer təsərrüfatının yaradılması, süd emalı sexinin təşkili, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, ayaqqabı istehsalı, taxılçılığın inkişaf etdirilməsi və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin internet və facebook səhifələri vasitəsilə qəbula yazılıblar.

Ümumilikdə, bu ilin əvvəlindən iqtisadiyyat və sənaye naziri tərəfindən Salyan, Qobustan, Sumqayıt, Siyəzən, Ağdam, Zaqatala, Qusar və Qəbələdə vətəndaş qəbulları keçirilib, 600-ə yaxın vətəndaşın müraciətinə baxılıb. İndiyədək isə iqtisadiyyat və sənaye naziri tərəfindən bölgələrdə 23 vətəndaş qəbulu keçirilib, bu qəbullarda 1 350-dək vətəndaş iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR