Bank Of Baku

Zelenski: Rusiya Ukraynaya yeni kütləvi raket hücumu hazırlayır

Zelenski: Rusiya Ukraynaya yeni kütləvi raket hücumu hazırlayır
# 03 noyabr 2026 00:26 (UTC +04:00)

“Rusiya Ukraynaya yeni kütləvi hücum hazırlayır. İlk növbədə enerji və logistika obyektləri təhlükə altındadır”.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

Onun sözlərinə görə, Moskva ABŞ-da keçiriləcək seçkilər zamanı dünyanın diqqətinin Ukraynadan yayınacağına ümid edir. Bu səbəbdən də Rusiyanın hava hücumundan müdafiə sistemləri və “Patriot” raketlərinin çatışmazlığı ilə bağlı çətinliklərdən istifadə etməyə çalışır.

Zelenski onu da vurğulayıb ki, Ukrayna Rusiyanın hazırladığı hücuma mütləq cavab verəcək.

Prezident qeyd edib ki, bu il Rusiya ordusu zərbələrin endirilməsi taktikasını dəyişib. Belə ki, hücumlar artıq yalnız elektrik enerjisi istehsal edən obyektlərə deyil, həm də elektrik şəbəkələrinə və enerjinin paylanması sistemlərinə yönəldilir. Bu obyektlər bərpa edildikdən sonra yenidən hücuma məruz qalır və sutka ərzində onlarla zərbə endirilir.

Zelenskinin sözlərinə görə, hazırda hücumlar nəticəsində zədələnmiş obyektlərin bərpa sürəti hava hücumundan müdafiə sistemləri üçün raketlərin mövcudluğu qədər əhəmiyyətlidir.

Qeyd edək ki, noyabrın 2-də Rusiya Zaporojye vilayətinin Komışevaxa qəsəbəsində humanitar yardım paylanan məktəbə zərbə endirib. Zelenskinin həmin gün axşam verdiyi məlumata görə, hadisə nəticəsində 26 nəfər həlak olub. Onların arasında Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR