Türkiyə Quru Qüvvələri komandanının Azərbaycana səfəri başlayıb

Türkiyə Quru Qüvvələri komandanının Azərbaycana səfəri başlayıb
# 17 noyabr 2015 11:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə Quru Qüvvələrinin komandanı Salih Zəki Çolakın Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, bu gün səhər ordu generalı Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra Şəhidlər Xiyabanına gedən S. Z. Çolaka 20 yanvar 1990-cı il tarixində baş vermiş hadisə ilə bağlı məlumat verilib. Bakı Tük Şəhidliyinə də baş çəkən qonaq xatirə dəftərinə ürək sözlərini yazıb.

S. Z. Çolakın rəsmi görüşləri bu gün başlayır. O, müdafiə naziri Zakir Həsənovla görüşəcək, Bakıdakı hərbi məktəblərə baş çəkəcək. Komandan Gəncəyə də gedəcək.

Səfər 4 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR