Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 May

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 May
# 21 may 2015 17:13 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Riqa sammitində Avropanın və dünyanın gələcəyini dəyişəcək ciddi qərarların qəbul ediləcəyi gözlənilmir. Avropa İttifaqı daxilində getdikcə daha çox qabaran ziddiyyətlər buna imkan vermir, Qərbi Avropa İlə Şərqi Avropa arasında fərqli inkişaf tempi getdikcə öz sözünü deməyə başlayır. Yunanıstanda baş verənlər, miqrant problemi, Rusiya ilə yaşananlar, ABŞ-la Yaxın Şərqdə toqquşan maraqlar, iqtisadi böhran, islamofobiya... Siyahını uzatmaq olar, amma bu problemlər fonunda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinə əl uzatması real görünmür. İstəsə belə, bu umac ovmaq, əriştə kəsmək misalına bənzəyir. Bu baxımdan Riqa sammitinin hələlik tək real nəticəsi var - bu sammit Avropanın qürubuna güzgü tutur...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR