Ziyafət Əsgərov Koreya Milli Assambleyasının sabiq sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Ziyafət Əsgərov Koreya Milli Assambleyasının sabiq sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
# 30 mart 2015 09:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Martın 29-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sabiq sədri Kanq Çanq Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z.Əsgərov Azərbaycan-Koreya münasibətlərinin bugünkü səviyyəsindən məmnunluğunu ifadə edib.

Z.Əsgərov ölkə başçılarının qarşılıqlı səfərlərinin və parlamentlərarası dostluğun bu münasibətlərin daha da inkişaf etdirilməsində oynadığı rolu xüsusi qeyd edib.

Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Z.Əsgərov artıq 20 ildir ki, Azərbaycanın 20 faiz torpağının Ermənistanın işğalı altında saxlanıldığını bildirib. O, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı haqqında da məlumat verib.


Kanq Çanq Hi Bakıda keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi edəcəyinə görə Azərbaycan xalqını təbrik edib. O, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli şəkildə həll olunacağına inandığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR