Həsən Ruhani Azərbaycan prezidentini təbrik edib

Həsən Ruhani Azərbaycan prezidentini təbrik edib
# 31 may 2016 16:03 (UTC +04:00)

Bakı – APA. İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, H. Ruhaninin məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dost və qardaş Azərbaycan Respublikasının dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, xalqlarımızın müştərək marağını nəzərə alaraq, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri bundan sonra da xalqlarımızın qarşılıqlı mənafeyi çərçivəsində ikitərəfli, regional və beynəlxalq səviyyədə daha da genişlənəcək. Allah-Taaladan sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə xoş günlər və başucalığı arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR