Mərkəzi Bankda bank sektoruna və əhaliyə dəstək paketi müzakirə olunur

Mərkəzi Bankda bank sektoruna və əhaliyə dəstək paketi müzakirə olunur
# 25 dekabr 2015 14:09 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə görüş keçirilir.

"APA-Economics"in xəbərinə görə, görüş saat 15:00 başlayıb və bu dəqiqələrdə də davam edir. Mərkəzi Bankı görüşdə baş direktor Rəşad Orucov təmsil edir, banklar isə İdarə Heyətinin sədrləri səviyyəsində təmsil olunub.

Əldə etdiyimiz məlumata görə, görüşdə üzən məzənnə rejiminə keçiddən sonra yaranmış vəziyyət, onun bank sisteminə və bankların müştərilərinə təsiri müzakirə olunur. Bununla yanaşı, AMB tərəfindən bank sisteminə və əhaliyə dəstək paketi də müzakirə mövzularından biridir.

Görüşün yekununda AMB tərəfindən rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR