Ağstafada sahibsiz itlər qoyunlara hücum edib

Ağstafada sahibsiz itlər qoyunlara hücum edib
# 23 dekabr 2015 08:00 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada sahibsiz itlər kəndə hücum edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Kənd sakini Arifə Orucova xırdabuynuzlu heyvanları həyətə salıb və Ağstafa şəhərinə gedib. Günorta saatlarında kəndə qayıdan qadın qoyunların leşləri ilə qarşılaşıb. Heyvanlara hücum edən itlər onlardan 5-i öldürüb, 1-i isə ağır yaralayıb.

Sakinlər bildirir ki, sahibsiz itlər kənd ərazisində insanlara da hücum edir. Gecə-gündüz Tatlıda sərbəst gəzən quduz itlər azyaşlılar üçün daha çox təhlükə mənbəyi hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR