Bakıda Vışeqrad qrupunun 25 illiyi qeyd olunub

Bakıda Vışeqrad qrupunun 25 illiyi qeyd olunub
# 20 may 2016 13:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bakıda Vışeqrad qrupunun yaradılmasının 25 illiyi ilə bağlı konfrans keçirilib.


APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Viteslav Pivonka bildirib ki, dünya hazırda dini, siyasi, milli zəmində toqquşmalara şahidlik edir. O deyib ki, 25 il əvvəl Vışeqrad qrupunun yaradılması ilə qarşılıqlı əməkdaşlığın nə qədər mühüm əhəmiyyətə malik olduğu müəyyənləşib: “Bu, bizim uğurumuzdur və bununla deyə bilərik ki, əməkdaşlıq insanları, millətləri birləşdirə bilər”.

Səfir qeyd edib ki, bu əməkdaşlıq qrupu Avropa İttifaqının dəstəyi ilə öz işini davam etdirir.

Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski isə tədbirin təşkilinə görə təşəkkürünü bildirib və Azərbaycanın qarşıdan gələn müstəqillik günü ilə bağlı təbriklərini çatdırıb.


Daha sonra çıxış edən Avropa İttifaqını Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Vışeqrad qrupu ölkələrini 25 illik uğurlu fəaliyyətə görə təbrik edib. Müasir dövrdə güclü əməkdaşlıqlara ehtiyac olduğunu deyən M. Mardın fikrincə, Vışegrad qrupu bu əməkdaşlığın əla nümunəsidir: “Güclü regional əməkdaşlıq güclü Avropa İttifaqı deməkdir”.

Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev də Vışqerad ölkələrini bu günə qədər əldə edilmiş nailiyyətlərə görə təbrik edib.

Daha sonra konfrans ekspertlərin Vışeqrad qrupu ilə bağlı təqdimatı və iştirakçılar arasında fikir mübadiləsi aparılaraq davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR