Paytaxtda “Jeep” yanıb

Paytaxtda “Jeep” yanıb
# 18 dekabr 2015 06:11 (UTC +04:00)

Bakı-APA. Bakı şəhərinin Yasamal rayonunda vətəndaşa məxsus "Jeep" markalı minik avtomobilinin qabaq oturacaqları, idarəetmə lövhəsi və salonun üzlüyü qismən yanıb, yüksək temperaturdan qabaq şüşə çatlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR