FHN-in Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib

FHN-in Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib
# 07 dekabr 2015 09:59 (UTC +04:00)

Bakı – APA. Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Vidadi Rzayev Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "Azərbaycan multikulturalizmi" fənninin monitorinqini aparıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, mütəxəssis akademiyanın tədris şöbə rəisi, polkovnik Malik Qarayev və tədris işləri üzrə rəis müavini, polkovnik Afət Qurbanovla görüşərək tədris edilən fənnin səviyyəsi ilə tanış olub.

Sonra akademiyanın rəisi, general-mayor Pənah Süleymanovla görüşdə ölkədə əsrlər boyu sülh və əmin-amanlıq şəraitində birgə yaşayan çoxsaylı etnik qrupların və müxtəlif dini konfessiyaların bugünkü fəaliyyətlərindən və ölkə rəhbərliyinin bu sahəyə olan xüsusi qayğı və diqqətindən söhbət açılıb.

Monitorinq zamanı BBMM-nin əməkdaşı 65 nəfər müəllimin və kursantların iştirak etdiyi açıq dərsdə Azərbaycan multikulturalizminin özünəməxsusluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ötən dövr ərzində fəaliyyəti barədə ətraflı məlumat verib. Dərsin sonunda müəllim və kursantların sulları cavablandırılıb.

Qeyd edək ki, 2015-2016-cı ilin tədris ilində akademiyada Multikulturalizmə giriş fənni üzrə bakalavr pilləsində 100 kursant, Azərbaycan multikulturalizmi fənni üzrə isə 3 kursant təhsil alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR