Göyçayda silahlı maskalı şəxslər evə basqın edib

Göyçayda silahlı maskalı şəxslər evə basqın edib
# 01 dekabr 2015 08:54 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda maskalı şəxslər evə basqın ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 11 radələrində Göyçay şəhərinin Vaqif küçəsində qeydə alınıb.

Dörd maskalı şəxs əllərində tapança və bıçaqla şəhər sakini, 1952-ci il təvəllüdlü Fərzəli Hacıyevin evinə daxil olublar. Onlar Fərzalı Hacıyevi, onun həyat yoldaşı Rəxşəndə Hacıyevanı və oğlu Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Bundan sonra maskalı şəxslər evdə olan qızıl-zinət əşyalarını götürərək qaçıblar.

Xəsarət alan ailə üzvləri Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda maskalı şəxslərin tutulması istiqamətində rayon hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

F. Hacıyevin uzun müddətdir rayonda dəri alveri ilə məşğul olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR