“Günəşli” yatağında qəzada həlak olanların xatirəsinə Bakıda anım aksiyası keçirilir

“Günəşli” yatağında qəzada həlak olanların xatirəsinə Bakıda anım aksiyası keçirilir
# 13 yanvar 2016 09:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakıda Dənizkənarı Milli Parkda ötən il dekabrın 4-də Neft Daşlarında, “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza zamanı həlak olanların 40 mərasimi ilə bağlı anım aksiyası keçirilir.

APA-nın xəbərinə görə, aksiyada ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər, həlak olanların yaxınları iştirak edir.

İştirakçılar sahilə qərənfillər düzüb, həlak olan, itkin düşən neftçilərin xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Dənizə qərənfillər atılıb.

Anım mərasimi gün ərzində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR