Azərbaycan, İran və Türkiyə XİN başçılarının növbəti görüşü gələn il Bakıda keçiriləcək

Azərbaycan, İran və Türkiyə XİN başçılarının növbəti görüşü gələn il Bakıda keçiriləcək
# 05 aprel 2016 16:25 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. “İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin Ramsərdə keçirilən görüşündə iki sənəd imzalanıb. Bunlardan biri iclasın yekun bəyannaməsidir, digəri isə ölkələrimiz arasında üçtərəfli mexanizmin əlaqələndirici orqanı olan İcraedici Komitənin yaradılmasını nəzərdə tutan sənəddir”.


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif üçtərəfli görüşdən sonra bildirib.

Nazir qeyd edib ki, imzalanan sənəddə üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

M. Zərif həmçinin gələn iki il üçün müştərək iş proqramının hazırlandığını və imzalandığını bildirib.

İranın xarici işlər naziri qeyd edib ki, iclasda müsəlman ölkələrinin, xüsusən də üç ölkənin birliyinin zəruriliyi vurğulanıb, Qarabağda ixtilafların beynəlxalq hüquq çərçivəsində həlli istənilib.

Əlavə edək ki, Azərbaycan, İran və Türkiyə XİN başçılarının növbəti görüşü gələn il Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR