Yevlaxda milli iqtisadiyyat üzrə strateji yol xəritəsi müzakirə edilib

Yevlaxda milli iqtisadiyyat üzrə strateji yol xəritəsi müzakirə edilib
# 11 iyun 2016 12:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşəbbüsü ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə strateji yol xəritəsi"nin Yevlax şəhərində ictimai müzakirəsi təşkil edilib.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, ictimai müzakirələrdə Yevlax rayonu ilə yanaşı Mingəçevir şəhəri, Ucar, Ağdaş və Bərdə rayonlarının ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Tədbirdə Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov, Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev və ADA Universitetinin prorektoru Emin Hüseynov məruzə ilə çıxış ediblər.

Sonra bölgə sahibkarları, ziyalılar və ictimaiyyət nümayəndələri Milli iqtisadiyyət və iqtisadiyyatın başlıca sektorları üzrə strateji yol xəritəsinin vacibliyini vurğulamaqla təkliflərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR