Bakı. Ramiz Mikayıloğlu - APA. 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərlə əlaqədar seçici fəallığı açıqlanıb.
APA-nın məlumatına görə. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a seçici fəallığı 11,2 faiz olub.
Bu müddət ərzində 40203 seçicidən 4517 nəfəri səs verib.