BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək

BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək
# 03 oktyabr 2016 13:40 (UTC +04:00)

Bakı-APA. Uruqvay Katolik Universiteti İslam kafedrasının və Ərəb Humanitar Təhsili Ümumdünya departamentinin müdiri, ərəb və islam araşdırmaları üzrə fəlsəfə doktoru Susana Manqana Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmovla görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib. BDU-da ərəb dili və ədəbiyyatının tədrisindən, ərəb elmi məktəblərindən danışan rektor bu istiqamətdə birgə fəaliyyətdən söz açıb. Susana Manqana universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını deyib. Görüşdə, eyni zamanda birgə seminar və konfransların keçirilməsi, yay məktəblərinin təşkili də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR