Co Bayden ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcək

Co Bayden ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcək
# 21 oktyabr 2015 21:04 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın vitse-prezidenti Co Bayden 2016-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Co Baydenin özü bildirib.

Bundan əvvəl “The Washington Post” qəzetinin saytı Co Baydenin seçkilərdə iştirak edəcəyi barədə məlumat yaymışdə. Lakin sonra qəzet məlumatın səhv olduğunu bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR