Xaçmazda 3 ailənin yaşadığı ev yanıb

Xaçmazda 3 ailənin yaşadığı ev yanıb
# 20 mart 2016 20:30 (UTC +04:00)

Xaçmaz. Vəli Turan-APA. Bu gün Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.


APA -nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakinləri 1969 -cu il təvəllüdlü Yusifov Səfər Yusif oğlu, 1928 -ci il təvəllüdlü Muradov İbrahim Əli oğlu və 1970 -ci il təvəllüdlü İsayev Kamil Səfər oğluna məxsus ümumi sahəsi 135 kvadratmetrlik yaşayış sahəsinin 90 kvadratmetri yanıb.


Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.


Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR