Lerikdə yol-nəqliyyat hadisəsi oksigen anbarında təhlükəli vəziyyət yaradıb

Lerikdə yol-nəqliyyat hadisəsi oksigen anbarında təhlükəli vəziyyət yaradıb
# 07 avqust 2016 09:06 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonunun Piran kəndi ərazisində qeydə alınıb.

Yük maşını aşaraq bir gün əvvəl nasazlıq səbəbindən alt yolda dayanmış digər yük maşınının üstünə düşüb və onu oksigen balonlarının mühafizə olunduğu anbara tərəf aşırıb.

Nəticədə təhlükəli vəziyyət yaranıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hazırda qəza şəraiti qiymətləndirilməklə, maşınların anbardan uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR