Bakıda soyğunçuluq edən şəxs Ağdamda saxlanılıb

Bakıda soyğunçuluq edən şəxs Ağdamda saxlanılıb
# 08 fevral 2016 22:29 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Bakıda soyğunçuluq edən gənc Ağdam polisi tərəfindən saxlanılıb.

APA-nın Qarabağ müxbirinin Ağdam RPŞ-dən əldə etdiyi məlumata görə, Ağdam rayon Mirəşelli kənd sakini, 29 yaşlı Razi Məmmədov şikayət əsasında saxlanılıb.

Belə ki, Bakı şəhər sakini Vüsalə Babayeva Binəqədi rayon Polis Şöbəsinə tanımadığı şəxs tərəfindən soyulduğunu bildirib. Binəqədi polisi R. Məmmədovun kimliyini müəyyən etdikdən sonra onun axtarışını elan edib.

R. Məmmədovun ailəsinin yaşadığı evdə olduğunu müəyyən edən Ağdam polisi onu yaxalayaraq cinayət məsuliyyətinə cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR