"Nida" üzvünün həbs müddəti uzadılıb

"Nida" üzvünün həbs müddəti uzadılıb
# 06 sentyabr 2016 10:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Xətai rayon Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin edərək, onun həbs müddətini 2 ay artırıb.

Qeyd edək ki, Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. B. Məmmədov mayın 11-də həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR