"Unicapital" brokerlərin renkinqində liderliyini qoruyub

"Unicapital" brokerlərin renkinqində liderliyini qoruyub
# 08 aprel 2016 08:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin mart ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 35 mln. 058 min 297,20 manat olan broker xidmətləri göstərib. Bununla da, artıq ikinci aydır ki, "Unicapital İnvestisiya Şirkəti" brokerlərin renkinqinə başçılıq edir.

İkinci yeri ümumi həcmi 18 mln. 595,130 min manat olan broker xidmətləri göstərmiş "AzFinance İnvestisiya Şirkəti" QSC şirkəti tutub. Renkinqdə üçüncü yerdə 4 mln. 7 min 925,96 manatla "Paşa Kapital" MMC, 4-cü yerdə 3 mln. 861 min 309,4 manatla “Kapital Menecment İnvestisiya Şirkəti” ASC qərarlaşıb.

Brokerlərin mart ayı üçün renkinqi:

2016-cü il Mart ayı üzrə BFB-nin DQK və KQK bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

1

"Unicapital İnvestisiya Şirkəti" ASC

35058297.20

2

3

"AzFinance İnvestisiya Şirkəti" QSC

18595129.68

3

-

“Paşa Kapital” MMC

4007925.96

4

4

Kapital Menecment İnvestisiya Şirkəti ASC

3861309.4

Qeyd: DQK – dövlət qiymətli kağızlar; KQK – korporativ qiymətli kağızlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR