Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşüb, ölənlər və xəsarət alanlar var

Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşüb, ölənlər və xəsarət alanlar var
# 17 sentyabr 2016 10:13 (UTC +04:00)

Bakı - APA. Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşüb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, hadisə Lori vilayəti ərazisində, Vanadzor-Spitak yolunda bu gün səhər baş verib.

20 yaşlı Rusiya vətəndaşının idarə etdiyi "Volkswagen Golf" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan iki nəfər ölüb, sürücü və daha bir nəfər isə müxətlif xəsarətlər alıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.

Ölən və xəsarət alanların hamısının Rusiya hərbi bazasının hərbi qulluqçuları olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR