Putin: Rusiyada 2015-ci ildə 30 terror aktının qarşısı alınıb

Putin: Rusiyada 2015-ci ildə 30 terror aktının qarşısı alınıb
# 20 dekabr 2015 02:41 (UTC +04:00)

Bakı-APA. Rusiyanın xüsusi xidmət orqanları 2015-ci ildə ölkə ərazisində 30 terror aktının qarşısı alınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Qeyd edim ki, cari il ərzində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının səyləri nəticəsində ölkə ərazisində 30 terror tipli cinayətlərin qarşısı alınıb”, deyə Putin təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə təşkil olunmuş təntənəli mərasimdə bildirib. bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR